Moskva Finlandiyanın NATO-ya üzvlüyündən sonra ölkənin hərbi fəallığının artdığını qeydə alıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Bu ölkənin NATO-ya daxil olduqdan sonra Finlandiyada nəzərəçarpacaq dərəcədə artan hərbi fəallığını qeydə almışıq”, - Zaxarova vurğulayıb.
Zaxarova həmçinin vurğulayıb ki, Helsinkinin siyasəti indi Rusiyanı “strateji məğlubiyyətə” uğratmaqdan ibarətdir.