Səudiyyə Ərəbistanının “Al-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “YouTube” platformasında abunəçilərin sayına görə bir neçə rekorda imza atıb.
Portuqaliyalının hesabı ilk saatda abunəçilərin sayına görə rekord vurub, bir saat ərzində idmançının hesabına 1 milyon 270 min nəfər abunə olub.
Futbolçu gündəlik abunəçi sayına görə də ən yaxşı nailiyyətə sahibdir (4 milyon 420 min nəfər).