Infoteka.az
Dünya

Moldovanın hakim partiyası ölkə prezidentliyinə Sandunun namizədliyini irəli sürəcək

Moldovanın “Fəaliyyət və Həmrəylik” Partiyası qarşıdan gələn prezident seçkilərində ölkənin hazırkı Prezidenti Maya Sandunun namizədliyini irəli sürəcək.

Bu barədə partiyanın rəsmi saytında məlumat verilib.

“Avqustun 22-də imza toplamaq və Maya Sandunun prezident seçkilərində namizədliyini irəli sürmək üçün təşəbbüs qrupunun yaradılması üçün iclas keçiriləcək”, - məlumatda deyilir.

Infoteka.az