Infoteka.az
Dünya

Gürcüstan Konstitusiya Məhkəməsi “Xarici təsir haqqında” qanunu müzakirə edəcək

29-30 avqust tarixlərində Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsir haqqında” qanunun qüvvəsinin dayandırılması məsələsini müzakirə edəcək.

Bunu Konstitusiya Məhkəməsinin sədri Merab Turava deyib.

O bildirib ki, indiyədə qədər məhkəməyə Gürcüstan prezidenti Salome Zurabişvili də daxil olmaqla, müxtəlif qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müxalifət tərəfindən 4 iddia ərizəsi təqdim edilib.

Infoteka.az