Türkiyə son beş ildə ilk dəfə olaraq Avropa İttifaqı (Aİ) Şurasının qeyri-rəsmi toplantısına dəvət olunub.
Bu səbəbdən Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün avqustun 29-30-da Brüsselə səfər edəcək.
İclas iştirakçıları Ukrayna qüvvələrinin Kursk vilayətində reyd nəticəsində ağır itkiləri fonunda Kiyevə yeni hərbi təchizatın mümkünlüyünü müzakirə edəcəklər.
Qeyd edək ki, Türkiyə ənənəvi olaraq Ukrayna münaqişəsində dialoqun tərəfdarıdır və tərəfləri danışıqlara çağırır.
Dünya