Infoteka.az
Siyasət

Rusiya XİN-dən Almaniyaya CAVAB: “Alçaqlıq cəzasız qalmayacaq”

Almaniyanın hazırkı hakimiyyəti öz xalqının mənafeyinə xəyanət edərək, düşmənlərinin ardınca getdi”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Komsomolskaya Pravda” radiosuna müsahibəsində deyib.

“Berlin Rusiya ilə münasibətləri bərpa etmək üçün göstərdiyi bütün cəhdləri puça çıxardı, lakin alçaqlıq cəzasız qalmayacaq”, - deyə o bildirib.

Qeyd edək ki, rəsmi Berlin bir neçə gün əvvəl Ukraynaya ağır zirehli texnikalar göndərəcəyini açıqlayıb.

Infoteka.az