ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib ki, qarşıdan gələn seçkilərdə qalib gəlsə, ABŞ dövlətinin başçısı postuna layiq olaraq realist və praktik lider olacaq.
O bu sözləri seçiciləri ilə görüş zamanı səsləndirib.
O bildirib ki, əgər o, Ağ Evin rəhbəri postunu tuta bilsə real, praktik, sağlam düşüncəli yanaşmanı davam etdirəcək.
"Mən bizi ən yüksək arzularımız ətrafında birləşdirən prezident olacağam", - deyə o bildirib.
Harris həmçinin seçkidə qalib gələcəyi təqdirdə həmişə ABŞ xalqı üçün “məhkəmə binasından Ağ Evə qədər” mübarizə aparmağı planlaşdırdığını deyib.