Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə dünən7 layihəyə start verildi.
Bunu jurnalistlərə açıqlamasında AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib.
Yusif Abdullayev deyib ki, Azərbaycan investisiyası ilə Özbəkistanda 3, Özbəkistan investisiyası ilə Azərbaycanda 4 layihə həyata keçiriləcək: “Ən böyük layihə Azərbaycan tərəfindən Daşkəndin mərkəzində beş ulduzlu otel tikilməsi ilə bağlıdır. Artıq sentyabr ayından otelin tikintisinə start veriləcək. Eyni zamanda, Daşkəndin mərkəzində böyük yaşayış kompleksi inşa olunacaq. Özbəkistanın bir bölgəsində isə Azərbaycan şirkəti sənaye istehsalını quracaq".
Yusif Abdullayev nəzərə çatdırıb ki, Özbəkistan investisiyası ilə Azərbaycanda tekstil müəssisələri yaradılacaq: “İmişlidə, Yevlaxda, Xankəndində tekstillə bağlı layihələr həyata keçiriləcək”.