ABŞ Rusiyanın fəaliyyətini izləmək üçün Avropaya RC-135U kəşfiyyat təyyarəsi yerləşdirib.
Bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Qeyd olunur ki, təyyarə Offutt Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq avqustun 18-də Böyük Britaniyanın Mildenhall Hərbi Hava Qüvvələri bazasına çatıb, avqustun 20-də isə təyyarə Rusiya ilə sərhədə yaxın Baltikyanı ölkələr üzərində 6 saat uçuş edib.
RC-135U kəşfiyyat təyyarəsi strateji elektron kəşfiyyat, radio ələ keçirmə, düşmənin quru, dəniz və hava qüvvələrinin fəaliyyətinin monitorinqi üçün nəzərdə tutulub.
RC-135U-nun Avropada nə qədər qalacağı məlum deyil.