Infoteka.az
Sosial

Qusarın icra başçısının müavini İSTEFA VERDİ

Qusar rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu günvəzifəsindən ayrılıb.  

Bu barədə Zoya Eldarova məlumat verib.

O, öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib. 

Məlumata görə, Qusar rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib. 

Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusarın icra başçısı təyin olunub.
 

Infoteka.az