Infoteka.az
İdman

Azərbaycanlı atlet Polşada keçirilən beynəlxalq turnirdə ölkəmizə medal qazandırıb

Azərbaycanı çəkicatma idman növü üzrə təmsil edən atlet Anna Skidan Polşanın Xojuv şəhərində Kamila Skolimovskayanın xatirəsinə həsr edilən turnirdə ölkəmizi uğurla təmsil edib.

Bu barədə Azərbaycan Atletika Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, idmançımız çəkicatma yarışında 71.82 metr nəticə göstərib.

Beləliklə, bu nəticə ilə A.Skidan mötəbər yarışda ikinci yeri tutub.

Infoteka.az