Rusiyanın Sankt-Peterburq şəhərində tikinti materialları anbarında yanğın baş verib.
Oktyabrın 25-də axşam saatlarında başlayan güclü yanğın divarın bir hissəsinin və 9 min kvadratmetr dam örtüyünün uçmasına səbəb olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsi məlumat verib.
Yanğın 12 min kvadratmetr sahəni əhatə edib.
İlkin məlumatlara görə, ölən və yaralanan olmayıb.
Sankt-Peterburqun Kolpinski rayonu Prokurorluğu yanğınla bağlı araşdırmalara başlayıb.