Infoteka.az
Sosial

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsi təmirə bağlanır

Bu gündən etibarən Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi” istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. 

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir. 

Infoteka.az