Masallı rayonunda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb.
İnfoteka.az-ın məlumatına görə, report-un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.
Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.
Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəkiləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri - 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadənin həyatlarını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.