Infoteka.az
Dünya

NATO-nun ilk böyük məğlubiyyəti Ukraynada yaşandı - Analitik

Ukraynada Şimali Atlantika Alyansının (NATO) qüvvələri ilk böyük məğlubiyyətə uğrayıb.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.

Onun sözlərinə görə, bu münaqişə NATO-nun ilk böyük məğlubiyyətinin əlamətidir. Analitik hesab edir ki, Rusiya ordusu NATO-nun istənilən silahını məhv edə biləcəyini göstərdi: “Ukrayna Silahlı Qüvvələri Kursk bölgəsinə hücumla ABŞ Rusiya ilə proksi müharibəsində sərhədi keçdi və Moskvanın bunu bağışlamayacaq”.

Amerikalı analitik əlavə edib ki, Rusiya ABŞ-a qarşı öz üsullarından istifadə edəcək, xüsusən də Meksikanın narkotik kartellərini silahla təmin edə bilər. Onun sözlərinə görə, Rusiyanı dayandıra biləcək bir NATO silahı yoxdur.

Infoteka.az