Infoteka.az
İdman

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Ağdam təmsilçisi Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edib. 

Qarşılaşmada "Dinamo" 2:0 hesabı ilə qalib gəlib. Bu komadalar arasında ilk matçda Zaqreb klubu 3:0 hesablı qələbə qazanmışdı. 

Nəticədə "Qarabağ" ümumilikdə 0:5 hesabı ilə uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Azərbaycan təmsilçisi yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək. Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirak edəcək. 

Qeyd edək ki, bu, Ağdam klubunun ÇL-in pley-off mərhələsində 3-cü iştirakı olub. 2017/18 mövsümündə komanda qrup mərhələsinə düşə bilib. "Qarabağ" 2022/23 mövsümündə isə pley-off mərhələsini adlaya bilməyib.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları 

28 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2 

Qollar: Marko Pyaça, 33 (0:1), Mateus Silva, 54-avtoqol (0:2)

Qırmızı vərəqə: Kevin Medina, 88 ("Qarabağ", ikinci sarı vərəqə)

Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)

VAR: Stüart Attvell

İlk oyun - 0:3

Infoteka.az