Infoteka.az
Siyasət

Zaxarova: “Zəngəzur dəhlizinə dair problemlərlə bağlı Tehranla əlaqə saxlayın”

“Azərbaycanın əsas ərazisini Ermənistan ərazisindən keçməklə Naxçıvan muxtariyyəti ilə birləşdirə biləcək marşrut kommunikasiyaların bloklanması üzrə məsələ üçtərəfli işçi qrupu çərçivəsində digər marşrutlarla yanaşı müzakirə edilir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Biz İran tərəfinin “Zəngəzur dəhlizi” ideyası ilə bağlı narahatlığını gördük, aydınlıq gətirmək üçün Tehranla əlaqə saxlamalıyıq.

Və Moskvanın bu məsələdə mövqeyi məlumdur: biz ondan çıxış edirik ki, həll Ermənistan, Azərbaycan və regiondakı qonşular üçün qarşılıqlı məqbul olmalıdır”, - Zaxarova bildirib.

Infoteka.az