Infoteka.az
Siyasət

Moskva İrəvana xəbərdarlıq etdi: Bu təhlükəlidir!

“Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmaları şübhə altına almaq cəhdləri təhlükəlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya hesab edir ki, hazırda üçtərəfli razılaşmalara alternativ yoxdur: 

“Onları sorğu-sual etmək cəhdləri son dərəcə təhlükəlidir. Onlar ikitərəfli münasibətlərin nizamlanmasının davam etməsi kontekstində tərəflərin qarşılıqlı öhdəliklərində boşluq yarada bilərlər”, - deyə Zaxarova əlavə edib.

Infoteka.az