ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi Miçiqan və Viskonsin ştatlarında keçiriləcək seçkilərdə namizədliyini geri götürə bilməyəcək.
Bu barədə “Fox News” kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Miçiqan ştatında ABŞ-ın 35-ci prezidentinin qardaşı oğlu Təbii Hüquq Partiyasından namizəd kimi seçki bülletenində qalacaq. Fraksiya bu il onun namizədliyini irəli sürüb.
Bunun səbəbi odur ki, kiçik partiyaların namizədləri səsvermə bülletenindən öz adlarını çıxara bilməzlər, ona görə də o, namizədlər siyahısında qalacaq.
Eyni zamanda, Viskonsin ştatında seçki komissiyası Kennedinin namizədliyini saxlamaq qərarına gəlib. Qərar namizədin siyahılardan çıxarılması ilə bağlı şəxsi müraciəti fonunda qəbul edilib.