Infoteka.az
Siyasət

Rusiya Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir

Rusiya Azərbaycancanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir.

Bunu müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Rusiyanın Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciətindən çox şad olduğunu qeyd edib.

“Biz Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyirik. Azərbaycan güclü namizəddir. Azərbaycanın üzvlüyü sözsüz ki, təşkilata əlavə dinamika və nadir təcrübə gətirəcək. BRİCS-in kvintensensiyası şantaj təzyiqini inkar etmək və beynəlxalq hüquq və normalara hörmək etməkdir. Bu, Azərbaycanın həyata keçirdiyi siyasətlə tam üst-üstə düşür. Bizim Azərbaycanla çox gözəl münasibətlərimiz var. Düşünürəm ki, BRİCS-ə doğru hərəkət, BRİCS-lə yaxınlaşmaq davam edəcək. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, BRİCS-də bütün qərarlar konsensusla qəbul olunur. Sədrlikdən çox şey asılıdır, amma hər şey asılı deyil. Biz indi tərəfdaş dövlətlər kateqoriyası üzərində işləyirik. Biz Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin dəvət olunduğu Kazan sammitinə qədər tərəfdaş dövlətlərin siyahısı üzərində işləyirik. Bu siyahının hazırlanması tapşırığı təşkilatın ötən il Yohanesburqda keçirilən sammitində verilib. Yəni ki, müxtəlif imkanlar, müxtəlif alqoritmlər mövcuddur. Lakin bir daha deyirəm ki, biz Azərbaycanın BRİCS-ə qoşulması ilə bağlı müraciətini dəstəkləyirik", -Rusiya XİN başçısının müavini yekunlaşdırıb.

Infoteka.az