Parisdə baş tutan Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib.
Bu barədə “Baku Burila” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, canlı yayımlanan açılış mərasimi zamanı şərhçilər Azərbaycanı ümumiyyətlə tanıtmayıblar.
Qeyd edilib ki, tamaşaçıya göstərdikləri ölkənin adını kadrlara qoymayıblar: “Sanki Azərbaycan idmançıları yox idi!
Bu Paralimpiya Oyunlarıdır! Onun bütün iştirakçıları çətin taleyə malik insanlar, əsl qəhrəmanlardır! Fransızların etdikləri isə sadəcə olaraq iyrəncdir!
Azadlıq, bərabərlik və qardaşlıq, bəli, əlbəttə”.
Hadisə