Rusiya hərbi aviasiyasının Xarkovdakı yaşayış binasına raket zərbələri nəticəsində 4 nəfər dinc sakin ölüb, 28 nəfər isə yaralanıb.
Bu barədə “unian“ xəbər yayıb.
Bildirilib ki, binada şiddətli yanğın başlayıb, bundan sonra isə tikilinin bir hissəsi çöküb.
Yaxınlıqdakı bir neçə avtomobil də raket zərbələrindən alışıb.