Infoteka.az
Dünya

Brüssel iclasında QARŞIDURMA: Borrell və Siyarto Ukraynaya görə mübahisə edib

Brüsseldə keçirilən görüşdə Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbə endirməsinə icazə verilməsi müzakirə edilərkən Macarıstanın xarici işlər naziri Peter Siyarto və Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrell arasında mübahisə yaranıb.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Borrell Aİ nazirlərini bu icazənin verməsinə çağırıb. Onu Fransa, İsveç, Latviya, Hollandiya və Polşa dəstəkləyib. Lakin Macarıstan və Slovakiya buna qarşı çıxıb.

Həmçinin qapalı iclasda Macarıstan Litva və Almaniya tərəfindən Rusiya Federasiyası və Belarus vətəndaşlarını aylarla Şengen zonasında qalmağa imkan verən proqrama daxil etdiyi üçün tənqid edilib.

Infoteka.az