Infoteka.az
Siyasət

Deputat: "Bu gün Azərbaycanda İran təfəkkürlü insanlar var"

"Bu gün Azərbaycanda İran təfəkkürlü insanlar var və biz dini təhlükəsizliyimizi təmin etmək üçün də addımlar atmalıyıq".

İnfoteka.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov "Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, dünyada azərbaycanlıların "Vahid Azərbaycan" ideyası ətrafında birləşməsi üçün müvafiq işlər görülməlidir. O bildirib ki, qarşıdakı dövrdə təhlükələrlə üzləşməmək üçün indidən iş aparılmalıdır.

Milli təəssübkeşlik məsələsinin çox önəmli olduğunu xatırladan deputat vurğulayıb ki, bu gün Azərbaycan cəmiyyətində güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: "Dövlətin bu istiqamətdə güclü iradəsi mövcuddur".

Infoteka.az