Infoteka.az
Dünya

Netanyahu: İsrail girovlar üçün intensiv danışıqlar aparır, HAMAS rədd edir

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada girovlarla bağlı razılaşmanın olmamasında HAMAS-ı günahlandırıb.

Netanyahu altı girovun ölümündən kədərləndiyini bildirib.

O deyib ki, qətllər HAMAS-ın atəşkəs razılaşmasını istəmədiyini sübut edir:

"İsrail razılığa gəlmək üçün vasitəçilərlə intensiv danışıqlar aparır, HAMAS hər hansı təklifi qəti şəkildə rədd etməkdə davam edir”.

Infoteka.az