Infoteka.az
Texnologiya

"Hyundai" qeyri-adi elektromobil buraxacaq

İki il əvvəl "Hyundai" şirkəti qeyri-adi xarici görünüşə malik "N Vision 74" konsept-karını nümayiş etdirib.

Layihə şirkətin yüksəksürətli elektrik nəqliyyat vasitələrinə baxışını əks etdirir.

Bu yaxınlarda isə məlum olub ki, koreyalı avtomobil istehsalçısının konsepti təkcə nəzəri xarakter daşımır, avtomobilin kütləvi istehsala keçmə şansı yüksəkdir.

"Hyundai" 2030-cu ilə qədər 21 tam elektrikli modelini, o cümlədən "N Vision 74" konseptini təqdim etmək niyyətində olduğunu bildirib. Şirkət nümayəndələri birbaşa "N Vision 74" haqqında heç nə deməyiblər və qeyd ediblər ki, dərc edilmiş slaydlar və video təqdimatların hamısı hazırda mövcud məlumatdır.

Gözlənilir ki, "Hyundai N Vision 74"ün istehsal versiyası konseptual versiyadan həm görünüş, həm də texniki aspektlərə görə köklü şəkildə fərqlənə bilər.

Infoteka.az