“Bizim komandamız Azərbaycanda 2013-cü ildən etibarən fəaliyyət göstərir, təkrarən Azərbaycanda olmaqdan məmnunuq”.
Bunu növbədənkənar parlament seçkilərində “exit-poll” keçirən ABŞ-nin “ORACLE ADVISORY GROUP” təşkilatının tərəfdaşı Vlada Galan mətbuat üçün keçirilən brifinqdə deyib.
"Artıq dörd həftə əvvəl bizim komandamız buraya gəlib. “Exit-poll”umuz 875 seçki dairəsini əhatə edib, 1750 təmsilçi yerlərdə çalışıb".
O əlavə edib ki, məlumat mərkəzlərində 20 operator çalışıb, ümumilikdə 63 min seçicini əhatə edib.