Infoteka.az
Siyasət

NATO Baş katibinin müavini İSTEFA VERƏCƏK

NATO Baş katibinin müavini Mirça Dan Coane (Mircea Geoana) sentyabrın 10-da tutduğu vəzifəsidən istefa verəcək.

Bu barədə NATO  məlumatı yayıb.
 

Bildirilib ki, Coane artıq Baş katib Yens Stoltenberqə sentyabrın 10-da onun müavini vəzifəsindən çəkiləcəyi barədə məlumat verib. Stoltenberq istefanı qəbul edərək ona bu vaxta qədərki xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, Coane NATO-ya təxminən beş il xidmət edib. Onun texnologiya və yeni təhlükəsizlik çağırışlarına diqqəti Alyansda innovasiyaları təşviq etməkdə həlledici rol oynayıb.

Onu müvəqqəti olaraq Siyasi işlər və təhlükəsizlik siyasəti (PASP) üzrə Baş katibin köməkçisi Boris Ruge əvəz edəcək.

Infoteka.az