Infoteka.az
İqtisadiyyat

KİV: "OPEC+" oktyabrda planlaşdırılan neft hasilatının artırılmasını təxirə sala bilər

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları neft qiymətlərinin son enişindən sonra gələn ay planlaşdırılan hasilat artımının təxirə salınmasını müzakirə edir.

Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, neft, zəif qlobal iqtisadiyyatla bağlı narahatlıqlar və xüsusilə də dünyanın ən böyük neft idxalçısı olan Çindən gələn zəif məlumatlar səbəbindən digər aktiv sinifləri ilə birlikdə ucuzlaşır.

Mənbələrdən biri bildirib ki, keçən həftə "OPEC+" iştirakçıları oktyabr ayında gündəlik neft hasilatını 180 min barel artırmağa hazır idi, lakin Liviyada neft obyektlərinin bağlanması və zəif tələb proqnozu nəticəsində bazarda müşahidə olunan dəyişkənlik "OPEC+"daxilində narahatlıq yaradıb.

Infoteka.az