Infoteka.az
Hadisə

Ukrayna ordusu Rusiyanın hərbi mövqelərini YANDIRIR

Ukrayna ordusu Rusiyanın hərbi mövqeləri üzərində FPV pilotsuz təyyarələrindən istifadə etməyə başlayıb.

Bu barədə “Bild” nəşri yazıb.

Məlumata görə, sözügedən təyyarələt qumbaraatan və ya partlayıcı maddə atmayan, lakin dəmir və alüminium oksidinin yanan qranullarının qarışığı olan termit səpələyərək ərazidə yanğınlar töeədir.

Qeyd edək ki, Ukrayna hərbçiləri ötən ilin sonunda dronlarla birlikdə termit qarışığından necə istifadə etmək barədə düşünməyə başlayıblar. Kimyəvi reaksiya hədəfin ərazidə görünməsindən qısa müddət əvvəl uzaqdan idarəetmə vasitəsi ilə işə salınır.

Infoteka.az