KTMT-dən çıxmaq barədə qərarın verilə biləcəyini heç kim istisna etmir.
Bunu Ermənistan parlamentində jurnalistlərlə söhbətində spiker Alen Simonyan deyib.
Alen Simonyan, eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın "Ermənistanın KTMT tədbirlərində fəal iştirak etməməsi erməni xalqının maraqlarına uyğun deyil" fikirlərinə də münasibət bildirib:
“Hesab edirəm ki, Ermənistanla təhdid dili ilə danışmaq çox pis məntiqdir. Azərbaycanla qarşıdurma olanda KTMT heç nə olmamış kimi davrandı”.