Avropa İttifaqı müttəfiqləri İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşıblar və tədarüklər təsdiqlənərsə, Tehrana qarşı yeni sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlıq edilib.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano deyib.
“Biz müttəfiqlərin İranın ballistik raketlərinin Rusiyaya çatdırılması ilə bağlı verdiyi etibarlı məlumatdan xəbərdarıq”, - Aİ rəsmisi əlavə edib.
Dünya