Infoteka.az
Siyasət

Ağ Ev respublikaçıların Əfqanıstandan çəkilməklə bağlı hesabatına münasibət bildirib

Gündəlik mətbuat brifinqində Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyaları üzrə müşaviri Con Kirbi respublikaçıların ABŞ-ın Əfqanıstandan çıxması ilə bağlı hesabatına münasibət bildirib.

Kirbi Əfqanıstandan çəkilmə prosesi ilə bağlı qərarın ABŞ-ın sabiq prezidenti Donald Tramp dövründə verildiyini və həmin dövrün şərtləri ilə başqa bir yolun da olmadığını bildirib.

"Rəhbərlik olaraq biz hamımız buraxdığımız səhvlərə görə məsuliyyəti öz üzərimizə götürdük", - deyən Kirbi geri çəkilmə prosesinin çox yaxşı planlaşdırıldığını, lakin hər planda olduğu kimi bu planda da problemlərin yarandığı fikrini müdafiə edib.

O bildirib ki, o zaman ABŞ-ın Əfqanıstandan çəkilməkdən başqa çarəsi yox idi və ABŞ da həmin situasiyaya uyğun olaraq bunu etdi.

 

Infoteka.az