Infoteka.az
İdman

Fransalı futbolçu DÇ-2022-ni buraxa bilər

Fransa millisinin futbolçusu Rafael Varan bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

İnfoteka.az-ın report-a istinadən məlumatına görə, buna "Mançester Yunayted"ində çıxış edən 29 yaşlı müdafiəçinin "Çelsi" ilə 1:1 hesablı heç-heçə etdikləri İngiltərə Premyer Liqanın XIII tur oyununda zədələnməsi səbəb olub.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq Moldova "Şerif"inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur matçından öncə oyunçunun durumu haqqında danışıb. Mütəxəssis Varanın mundialadək Mançester təmsilçisinin heyətində meydana çıxmayacağını söyləyib.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.

Infoteka.az