Infoteka.az
Mədəniyyət

Avstriyada Motsartın əsəri tapıldı

Avstriya və alman alimləri Pol Dunkan və Karsten Vollin əvvəllər Volfqanq Amadey Motsartın yaxınlarından olan naməlum musiqiçiyə aid edilən əsərin müəllifini müəyyən ediblər.

Yeni məlumatlara görə, kompozisiya Motsartın özünə məxsusdur.

Bu barədə Ştiriya Torpaq Arxivinin Mətbuat Xidməti məlumat yayıb.

"Milan Variasiyaları" adlı əsər 1771-ci ildə Milanda toy münasibətilə yazılıb. 15 yaşlı Motsart elə həmin münasibətlə opera da bəstələyib.

Dövlət Arxivinin musiqi tarixçisi Dunkan sübut edə bilib ki, "Milan Variasiyaları" olan əlyazma vyanalı katib Yohannes Treq tərəfindən hazırlanıb və ehtimal ki, Motsartın sağlığında qələmə alınıb. Dunkanın alman həmkarı Vollin sənədi daha ətraflı tədqiq edib.

Infoteka.az