Infoteka.az
İqtisadiyyat

Dövlət Neft Şirkəti GGFR-in rəhbər heyətinin illik iclasında iştirak edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti Birləşmiş Krallığın London şəhərində keçirilən Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatının Rəhbər Komitəsinin illik iclasında iştirak edib.

Bu barədə İnfoteka.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, görüşdə SOCAR-da həyata keçirilən bir sıra uğurlu layihələr haqqında məlumat verilib, səmt qazı atılmalarının 2 %-dən də aşağı səviyyəyə endirildiyi diqqətə çatdırılıb.

SOCAR tərəfindən 21 min ton CO2 ekvivalentində emissiyaların atılmasının qarşısının alındığı, SOCAR-ın regionda karbon kreditlərini əldə edən və satışını həyata keçirən ilk şirkət olduğu ifadə edilib.

Tədbirdə, həmçinin GGFR təşkilatının adının dəyişdirilərək “Flaring Methane Reduction Partnership - FMRP” olması təklifi irəli sürülüb və bu təklif iştirakçılar tərəfindən yekdilliklə qəbul olunub.

Infoteka.az