Infoteka.az
Siyasət

Litva Prezidenti Kiyevə gedib

Litva Prezidenti Gitanas Nauseda Kiyevə səfər edib.

O, bu barədə özünün “X” hesabında yazıb.

Nauseda eyni zamanda, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi üçün bu ölkəyə hərbi və iqtisadi dəstəyin vacibliyini qeyd edib.

Qeyd edək ki, səfər çərçivəsində Litva lideri Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Infoteka.az