Infoteka.az
Dünya

Eynşteynin almanların nüvə proqramı barədə məktubu 4 milyon dollara satılıb

Müasir nəzəri fizikanın banisi Albert Eynşteynin ABŞ-nin 32-ci Prezidenti Franklin Ruzveltə (1933-1945) yazdığı məktub çərşənbə axşamı “Christie's” hərracında 3,992 milyon dollara satılıb.

Bu barədə hərrac evinin saytında məlumat verilib.

Sənədin təxmini dəyəri 4-6 milyon dollar olub.

2 avqust 1939-cu il tarixli məktubunda fizik nasist Almaniyasının nüvə proqramı ilə bağlı gördüyü işləri təsvir edir və bu elmi araşdırmanın nüvə bombasının yaradılmasına gətirib çıxara biləcəyini qeyd edir.

Infoteka.az