Infoteka.az
İqtisadiyyat

Azərbaycanda sərnişindaşıma 9% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,7% və 8,8% artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 153,7 milyon ton yük daşıyıb. Yüklərin 3,7%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 58,8%-i avtomobil nəqliyyatı, 29,2%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,5% təşkil edib.

Səkkiz ayda nəqliyyatçılar 1293,4 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,1%-i avtomobil nəqliyyatı, 11,3%i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Infoteka.az