Infoteka.az
İdman

Azərbaycan Qran-Prisinin ikinci gününün proqramı

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-Prisində ikinci günə start veriləcək.

İlk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

Ardınca "Formula 2"də sprint yarışı keçiriləcək.

Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turuna qatılacaqlar.

Azərbaycan Qran-prisi: İkinci günün proqramı

14 sentyabr

12:30. "Formula 1": Üçüncü sərbəst yürüş

14:15. "Formula 2": Sprint yarışı

16:00. "Formula 1": Sıralama turu

"Formula 1" üzrə Azərbaycan Qran-Prisinə sentyabrın 13-də start verilib. Yarışlar sabah başa çatacaq.

Infoteka.az