Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı konqresmenlərlə görüşdə ABŞ-nin silah tədarükünü sürətləndirməsini istəyib.
Bu barədə dövlət başçısının “Telegram” kanalında məlumat verilib.
“ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirdim. Bütün səviyyələrdə tərəfdaşları ehtiyaclarımız və mövqelərimiz haqqında tam məlumatlandırmaq vacibdir. Hər kəsin, xüsusən də Birləşmiş Ştatlar kimi dövlətlərin bizim razılaşmalarımızı həqiqətən sürətlə yerinə yetirməsi çox vacibdir”, - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, hərbi yardımlarda istənilən gecikmə cəbhəyə mənfi təsir göstərir.