ABŞ kəşfiyyatı prezidentliyə namizəd Donald Trampın seçki qərargahına İran tərəfindən ona qarşı sui-qəsd təhlükəsi olması barədə məlumat verib.
Bu barədə CNN kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ xüsusi xidmət orqanları İranın Trampa və onun ətrafındakılara qarşı hücumları gücləndirmək planı ilə bağlı qərargaha məlumat verib.
Kanal ABŞ kəşfiyyatının verdiyi məlumatla bağlı təfərrüatları açıqlamayıb.