Özbəkistan və Almaniyanın hakimiyyət orqanları miqrasiya sahəsində saziş imzalayıblar.
Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
“Əmək miqrasiyası sahəsində sazişin imzalanması məmnunluqla qeyd olunub”, - məlumatda deyilir.
Bundan əlavə, Özbəkistandan Almaniyaya mütəxəssislərin hazırlanması və göndərilməsi sahəsində praktiki əməkdaşlığın “yol xəritəsi”nin hazırlanması təklif olunub.