Almaniyanın Köln şəhərinin mərkəzində partlayış baş verib.
Bu barədə "Kölner Stadt-Anzeiger" qəzeti xəbər verir.
Bildirilir ki, hüquq-mühafizə orqanları hadisə yerinə giriş-çıxışı bağlayıblar.
Hadisənin detalları hələ məlum deyil. İlkin məlumatlara görə, partlayış "Vanity" klubunda baş verib.
Polis hələ ki, mümkün xəsarət alanlar barədə heç bir məlumat verməyib.
Faktla bağlı araşdırma aparılır.