Cənubi Qafqazda münaqişələrə son qoyulması üçün tarixi imkan var.
Bunu Tbilisidə rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.
O, Azərbaycan və Ermənistan arasında sülhdən yalnız iki ölkənin deyil, Türkiyə, Gürcüstan və İranın da faydalanacağnı deyib.
Paşinyan, eyni zamanda bildirib ki, Ermənistan Azərbaycana diplomatik münasibətlərin bərpa edilməsini təklif edib.
"Həmçinin (Azərbaycana) diplomatik əlaqələrin qurulması və qarşılıqlı maraq doğuran bütün başqa məsələlərin həlli təklif olunub" - deyə o söyləyib.