Infoteka.az
Dünya

Fransanın Aİ-dəki komissarı Ursula Fon der Lyayenə görə İSTEFA VERDİ

Fransanın Avropa İttifaqındakı (Aİ) komissarı Tyeri Bröton istefa verdiyini elan edib.

Bu barədə Bröton Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenə məktub ünvanlayıb.

O bildirib ki, buna səbəb Fransa lideri Emmanuel Makronun onun mandatını 2024-2029-cu illər üçün yeniləmək təklifinin Ursula Fon der Lyayen tərəfindən rədd edilməsi olub. Belə ki, Lyayen kollegiyanın tərkibini formalaşdıran zaman Brötonla məsləhətləşmədən şəxsi səbəblərə görə, onun namizədliyini geri çəkib.

Infoteka.az