Infoteka.az
Hadisə

Tanınmış azərbaycanlı hüquqşünasın Moskvada saxlanılıb

Keçmiş vəkil Elman Paşayev dələduzluq işi üzrə 10 ilədək həbs cəzası ilə üzləşə bilər.

Bu barədə TASS-a istinadən xəbər verir.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, hərbi istintaq tərəfindən Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (xüsusilə iri məbləğdə dələduzluq) cinayət işi açılıb.

Bu maddədə 1 milyon rubladək cərimə ilə birlikdə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq müəyyən edib ki, Paşayev 2024-cü ilin fevralında Moskvada Aleksey Blinovski ilə şəxsi görüşdə onu inandırıb ki, böyük məbləğdə pul müqabilində Blinovski və həyat yoldaşı Yelenaya qarşı əvvəllər açılmış vergi ödəməmə işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Paşayev saxlanılıb, hazırda onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur.

Rusiya "Telegram" kanallarının məlumatına görə, keçmiş vəkil Aleksey Blinovskidən 1 milyon rubldan çox pul alıb.

Qeyd edək ki, Elman Paşayevin həbs olunmasının görüntüləri də yayılıb.

Infoteka.az