Infoteka.az
Dünya

Rumıniya ABŞ-dən 44 amfibiya desant maşını almaq niyyətindədir

Rumıniya Müdafiə Nazirliyi ABŞ Dəniz Piyadaları Korpusundan 44 ədəd AAV-7 tırtıllı amfibiya-hücum maşınının alınması məqsədilə müqavilənin bağlanması proseduruna başlamaq üçün parlamentin ilkin təsdiqini istəyib.

Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu hərbi texnika ilə təminat Rumıniya ordusunun 2040-cı ilə qədər transformasiyası Proqramının icrası çərçivəsində həyata keçirilir.

Infoteka.az