Infoteka.az
İdman

Ronaldoya gizli şəkildə 20 milyon avro ödəyiblər

"Yuventus" sabiq hücumçusu Kriştiano Ronaldoya gizli şəkildə 20 milyon avro ödəyib.

İnfoteka.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yaıb. İtaliya klubu portuqaliyalıya gizli şəkildə təxminən 20 milyon avro ödəyib. Bu məbləğ maliyyə hesabatlarına daxil edilməyib.

Müstəntiqlərin fikrincə, 2018-ci ildən 2020-ci ilə qədər "Yuventus" maliyyə hesabatlarını saxtalaşdıraraq, kapital gəlirlərinin məbləğini süni şəkildə 115 milyon avro artırıb. 

"Yuventus" böyük futbol agentliklərinə uydurma sənədlər göndərib. Daha sonra isə klub Ronaldo ilə şəxsi müqavilə imzalayıb. Sənədə görə Turin klubu portuqaliyalıya "Mançester Yunayted"ə getsə belə, təxminən 20 milyon avro ödəməli idi. Bu məbləğ klubun maliyyə hesabatına daxil edilməyib.

Ronaldonun "Yuventus"un dələduzluq işində Turin prokurorları ilə əməkdaşlıqdan imtina etdiyi və prokurorun tələbi ilə maaşını açıqlamadığı bildirilir.

Qeyd edək ki, Ronaldo 2018-2021-ci illərdə "Yuventus"da oynayıb. O, 2021-ci ilin yayında "Mançester Yunayted"lə 2+1 illik müqaavilə imzalayıb.

Infoteka.az