Infoteka.az
Dünya

Anura Kumara Dissanayake Şri-Lanka prezidenti seçilib

Müxalif Milli Xalq Hakimiyyəti Alyansının lideri Anura Kumara Dissanayake Şri-Lankada prezident seçkilərində qalib gəlib.

Bu barədə “Newsfirst” portalı məlumat yayıb.

Anura Kumara Dissanayake 5 740 179 səsə, onun ən yaxın müttəfiqi – müxalif Milli Qüvvələrin Birliyi Partiyasından Sacita Premadas 4 530 902 səs toplayıb.

Şri-Lanka Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini hələ açıqlamayıb.

Qeyd edək ki, Şri-Lankada bundan öncə prezident seçkiləri 2019-cu ildə keçirilib, Milli Cəbhənin namizədi Qotabaya Radjapaksa qalib gəlib. Lakin o, 2022-ci ilin iyulunda etiraz aksiyaları səbəbindən istefa verib. Ötən müddətdə dövlət başçısı səlahiyyətlərini Ranil Vikramasinqe icra edib.

Infoteka.az